Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “AFAQ” layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib

21 may 2021 | 16:00

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Paşa Holdingin dəstəyi ilə həyata keçirilən “AFAQ-Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində İmişli rayonunda qadın fermerlərlə görüş keçirilib. İmişli rayonunun Şahverdili kəndində baş tutan görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Səlim Məhərrəmov və “AFAQ” layihəsi çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edənlər qadın fermerlərə göstərilən dəstəyin aqrar sahədə məşğulluğun artırılmasına müsbət təsir göstərəcəyini bildiriblər. Layihə qadınların aqrar fəaliyyətinin  dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Görüşdən sonra qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib. Həmçinin rayon üzrə layihədə iştirak edən 13 qadın fermerə əvvəlcədən müəyyənləşdirilmiş ehtiyaclar əsasında avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Qeyd edək ki, tədbir koronavirus pandemiyası qaydalarına uyğun olaraq keçirilib.

Keçidlər