Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

10 may 2021 | 16:00

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günüdür. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkındakı abidəsinin önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar.  Xalqımızın xilaskar oğlunun hər doğum günündə olduğu kimi, bu il də əziz xatirəsi dərin ehtiramla yad edilir, ruhuna dualar oxunur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib. Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi ümummilli lider Heydər Əliyevin Vətən və dövlət qarşısındakı xidmətləri həmişə minnətdarlıqla xatırlanır. Ulu Öndər “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyirdi və onun ən böyük arzularından biri də anadan olmasının 98-ci ildönümünü həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü ilə bağlı İmişli şəhərinin Şəhidlər Xiyabanında ağacəkmə aksiyası da keçirilib. Ulu Öndərin doğum gününə həsr olunmuş aksiyada 500 ədəd olmaqla əkilən bu ağaclar ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması, insanlar arasında ekoloji mədəniyyət və təbiətə qayğı hissinin təbliği baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ümummilli Liderin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş tədbirlər koronavirus pandemiyasına qarşı mübarizədə tələb olunan qaydalara uyğun olaraq keçirilib.

 

Keçidlər