Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Tural Vəliyevin doğum günündə xatirəsi anılıb

09 may 2021 | 16:00

Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək öz canından keçmiş şəhid Tural Vəliyev yaşasaydı, bu gün qələbə sevincini və doğum gününü öz ailəsi ilə birlikdə qeyd edəcəkdi. O, 2001-ci ilin may ayının 9-da İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Şəhidimizin doğum günündə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev,  Aparatın məsul əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri Turalın ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanıb və şəhidin xatirəsi anılaraq ruhuna dualar oxunub.

Ziyarət zamanı Turalın keçdiyi şərəfli döyüş yolundan danışılıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan icra başçısı qeyd edib ki, Azərbaycan igid qəhrəmanlarının şücayəti sayəsində bütövlüyünə qovuşub. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli qərarları və qətiyyəti sayəsində Müzəffər Ordumuz xalqımızın torpaq həsrətinə son qoydu və 44 gün müddətində düşmən ordusunu darmadağın etdi.

Qeyd edək ki, Şəhidimiz Tural Vəliyev vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Görüş pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Keçidlər