Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub

28 aprel 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İmişli rayonu Ölcələr kənd sakini Cabbarov Şöhrət Əli oğlu  doğum günündə məzarı yanında anılıb. Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul əməkdaşları və şəhidin yaxınları mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər.

Anım mərasimində icra başçısı çıxış edərək qeyd edib ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Şəhidin ailə üzvləri isə övladları ilə fəxr etdiklərini söylədilər və şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. 

Yaşasaydı, Şöhrətin 26 yaşı olacaqdı. O, 1995-ci ilin aprelin 28-də anadan olub. Şöhrət İkinci Qarabağ müharibəsində BTR döyüş maşının sürücü-mexaniki kimi xidmət edib. Qarabağ müharibəsində  göstərdiyi qəhrəmanlığa görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə “ medalları ilə təltif olunub.

Keçidlər