Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Çernobıl faciəsinin 35-ci ildönümü anıldı

27 aprel 2021 | 16:00

Dünyanın ən dəhşətli qəzası olan Çernobıl faciəsindən 35 il keçir. Həmin dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər vəchlə qəzanın ağır nəticələrini xalqdan gizlətməyə çalışırdı. Ümummilli liderimiz Heydər Əliyev Siyasi Büronun yeganə üzvü idi ki, faciənin gizlədilməsinə qarşı çıxdı və baş vermiş hadisənin xalqa doğru-dürüst çatdırılmasını təkid etdi. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Bu diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafəisi gücləndirilib.

Qəzanın nəticələrinin aradan qaldırılmasında həmvətənlərimiz də iştirak edərək səfərbər olmuşdur. İmişli Rayon İcra Hakimiyyəti tərəfindən həmin şəxslər diqqətdə saxlanılaraq onlara maddi köməklik edilmişdir.

Keçidlər