Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ll Vətən Müharibəsi şəhidi doğum günün anıldı

16 aprel 2021 | 16:00

Bu gün ll Vətən Müharibəsi döyüşlərində şəhid olan kapitan Həsənov Əsəd Fərhad oğlunun doğum günüdür. Əsəd Həsənov 1988-ci ilin aprel ayının 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin qohumları, yaxınları və rayon ictimaiyyəti şəhidimizin məzarını ziyarət edib. Burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Ziyarət zamanı çıxış edən icra başçısı şəhidlik zirvəsindən danışaraq onların necə uca bir zirvəyə yüksəldiklərini, daim xatirələrdə yaşayacaqlarını və bir ömür unudulmayacaqlarını qeyd edib. İcra başçısı həmçinin bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əsəd Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin müəllimləri və şagirdləri də iştirak ediblər. Məktəblilər vətənpərvər şeirlər söyləyib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər