Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsində iştirak edən qazilərlə görüşlər davam etdirilir

03 aprel 2021 | 16:00

03 aprel 2021-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın əməkdaşları ll Vətən Müharibəsi döyüşləri zamanı yaralanan rayonun Məzrəli kənd sakini, qazi Gəncəliyev Tapdıq Maqsud oğlunu evində ziyarət edib. Ziyarət zamanı qazinin səhhəti və problemləri ilə maraqlanılıb, ailəsinə sovqatlar çatdırılıb. İcra başçısı qazanılan tarixi qələbə münasibətilə qazini təbrik edib, ona şəfa diləyib. Qeyd edib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar. Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər. 

Söhbət zamanı T.Gəncəliyev keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb. Qazimiz Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanıb və döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. O, həmçinin “Aprel” döyüşlərində də iştirak etmişdir.  

Qeyd edək ki, görüş pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər