Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Bayram günlərində Vətən Müharibəsi qaziləri ilə görüşlər keçirilmişdir.

27 mart 2021 | 16:00

26.03.2021-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ll Vətən müharibəsi qazisi, Aranlı kənd sakini Muradov Elçin Arif oğlunu evində ziyarət edib. Görüş zamanı ailəyə bayram sovqatı təqdim olunmuş, qazinin sağlamlığı və müalicəsi ilə maraqlanılmışdır. İcra başçısı vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyulduğunu xüsusi qeyd etmişdir. Həmçinin prezident cənab İlham Əliyevin şəhid ailələrinə və yaralılara göstərdiyi  diqqət və qayğının hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulamışdır. 
     Qeyd edək ki, qazi E.Muradov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. E.Muradov həmçinin “Aprel” döyüşlərində də iştirak etmişdir.
       Qazi ilə görüş pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər