Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirildi.

31 oktyabr 2020 | 16:00

Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın son qərar və göstərişlərinin icrası və COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı rayon İcra Hakimiyyəti başçısının və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə bu gün şəhər ərazisində növbəti reyd keçirilmişdir. İmişli şəhəri ərazisində yerləşən mərkəzi bazarda, ictimai-iaşə və ticarət obyektlərində, eyni zamanda əhalinin sıx toplaşa biləcəyi yerlərdə keçirilən reyd zamanı aşkar olunan nöqsanlarla bağlı qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilmişdir. Onlarla aparılan maarifləndirici söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları bir daha diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi haqqında məlumat verilib.

Qeyd edək ki, İmişlidə nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş qaydalara əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcəkdir.

 

Keçidlər