Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonu ərazisində dezinfeksiya işləri mütəmadi həyata keçirilir.

29 oktyabr 2020 | 16:00

İmişli rayonu İcra Hakimiyyəti tərəfindən rayon ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq zəruri tədbirlərin görülməsi davam etdirilir. Bu gün rayonun H.Əliyev prospektində, N.Savalanov, 20 Yanvar, M.Əsədov, H.Aslanov, T.İsmayılov, S.Qazıyeva və P.Həsənov küçələrində xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Mərkəzi küçələrlə yanaşı rayonun çoxmərtəbəli yaşayış binalarında, yol kənarlarında, parklarda, obyektlərin qarşısında və sakinlərin ən çox istifadə etdiyi digər yerlərdə dezinfeksiyaedici aparatlarla tibbi-profilaktiki işlər aparılmışdır. Eyni zamanda sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən ciddi nəzarət edilir.       

Qeyd edək ki, İmişli rayonu ərazisində tibbi-profilaktik və dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcəkdir. 

 

Keçidlər