Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə koronavirus əleyhinə reydlər davam etdirilir.

14 oktyabr 2020 | 16:00

Bu gün İmişli rayon İcra Hakimiyyətinin başçısının və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə İmişli şəhəri ərazisində yerləşən mərkəzi bazarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi yerlərdə reyd keçirilib. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə işləri həyata keçirilib. RİH başçısı ictimai-iaşə və ticarət obyektlərində, eləcə də prospekt və küçələrdə sakinlərlə söhbətləşib, onlara koronavirus infeksiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşmamalarını tövsiyə edib.   

Bundan əlavə, rayon İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən rayonun qəsəbə və kəndlərində fəaliyyət göstərən obyektlərdə maarifləndirmə-təbliğat işləri həyata keçirilib. Hazırda İmişlidə epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici tədbirlərin reallaşdırılması daima diqqət mərkəzindədir.

Qeyd edək ki, İmişli rayonu ərazisində keçirilən reydlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər