Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə çuğundur sahələrindən qısa müddət ərzində 997 tondan çox məhsul yığılıb

12 oktyabr 2020 | 16:00

İmişlidə şəkər çuğunduru sahələrində məhsul yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 997.7 ton məhsul yığılıb. Bu il rayonda 48 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçilərinin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul istehsalçıları indiyədək əkin sahəsinin 48 hektarından 997.7 ton məhsul yığıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 207.9 sentnerə çatır.

Qeyd edək ki, ötən il imişlili əkinçilər çuğundur sahələrindən 6 min 435.2 ton məhsul yığıblar.

Keçidlər