İmişlidə “Qarabağ Azərbaycandır!” şüarı ilə əsgər ailələrinə sovqatlar paylanılıb.
Ötən gün İmişli rayonu ərazisində “Qarabağ Azərbaycandır!” şüarı ilə əsgər ailələrinə ərzaq yardımlarından və gigiyenik vasitələrdən ibarət yardımlar paylanılıb. İmişli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyada 400 əsgər ailəsinə yardımlar öz yaşadıqları ünvanda təqdim olunub. RİH-in əməkdaşları aksiya zamanı rəşadətli Ordumuzun qələbələri münasibətilə əsgər ailələrini təbrik etmiş, üçrəngli bayrağımızın tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanmasını arzulamışlar.
Sakinlər əsgər ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Ali Baş Komandan cənab İlham Əliyevə və birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər. Onlar həmçinin güclü ordumuzun tarixi zəfər yolunda daim qələbələr qazanacağına və tezliklə işğalda olan torpaqlarımızın azad olunacağına əminliklərini ifadə etmişlər.