Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 24 ailənin təbii qazla bağlı olan probleminə son qoyuldu.

08 oktyabr 2020 | 16:00

İmişli şəhərinin X.Quliyev küçəsində yerləşən ictimai yaşayış binalarında uzun illər təbii qaz problemi olan sakinlər üçün İmişli rayon İcra Hakimiyyətinin sifarişi əsasında Salyan Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət Sahəsi tərəfindən qazlaşdırılma işləri yekunlaşdırılaraq sayğaclar və fərdi tənzimləyicilər quraşdırılmışdır. Əvvəllər qeyd olunan yaşayış binalarında mavi yanacağın olmaması payız-qış mövsümündə sakinlər üçün əlavə çətinliklər yaratsa da, artıq bu problem öz həllini tapmışdır. 
     Ötən gün təbii qazın verilişi tədbirində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ilk öncə sakinləri son günlər Ordumuzun əldə etdiyi uğurlar və möhtəşəm qələbələri münasibətilə təbrik etdi. İcra başçısı həmçinin prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün regionlarında olduğu kimi İmişli rayonunda da sosial-iqtisadi problemlərin həll edildiyini qeyd etdi. E.Rzayev ictimai yaşayış binalarına təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc və hərarət gətirməsini arzuladı.   

Qeyd edək ki, ümumilikdə 3 yaşayış binası üzrə 24 ailə yüksək təzyiqli təbii qazla təmin olunmuşdur.

 

Keçidlər