15 sentyabr - Bilik Gününüz mübarək!
Azərbaycanda 15 sentyabr tarixi Bilik günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin cənab prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “bilik günü” kimi qeyd olunur.
Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.
Əziz müəllimlər, şagirdlər və valideynlər sizi 15 sentyabr - Bilik günü münasibətilə İmişli rayon İcra Hakimiyyəti kollektivi adından ürəkdən təbrik edir, Sizlərə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.
Yeni tədris iliniz uğurlu olsun!