Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış məzunlarla görüş keçirilib.

14 sentyabr 2020 | 16:00

12 sentyabr tarixində İmişli Gənclər Mərkəzində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı, Təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları, valideynlər və 600-dən yuxarı bal toplayan məzunlar iştirak ediblər. Tədbirdə RİH-nin başçısı Elçin Rzayev çıxış edərək yüksək bal toplayan gəncləri, onların müəllimlərini və valideynlərini təbrik edib. “Təhsilin məqsədi həm də yüksək mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”, - deyən rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, o gənc əsl vətənpərvərdir ki, özünü dövləti və xalqı üçün layiqli vətəndaş kimi hazırlaya bilir. Ona görə də, tariximizi və milli dəyərlərimizi dərindən öyrənməlisiniz.  Bundan əlavə qeyd olunub ki, İmişli rayonu üzrə 2019-2020-ci dərs ilində 396 nəfər tələbə adına layiq görülüb və bu rəqəm ötən illə müqayisədə 90 nəfər çoxdur. O cümlədən, 8 nəfər 600 baldan yuxarı, 36 nəfər 500 baldan yuxarı, 121 nəfər isə 400 baldan yuxarı nəticə göstərmişlər.   
     Sonra çıxış edən İmişli rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyev,  valideynlər və məzunlar təhsilin inkişafına yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. 

Sonda 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərə rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

 

Keçidlər