Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ümumitəhsil məktəblərinin maddi bazası möhkəmlənir.

21 avqust 2020 | 16:00

İmişli rayonunun ümumitəhsil məktəblərinin maddi bazası hər il getdikcə  möhkəmlənir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində rayonumuzda da yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin təmir olunması diqqət mərkəzindədir. O cümlədən 2019-cu ildə 624 şagird yerlik Qızılkənd kənd tam orta məktəbi, 132 şagird yerlik Aranlı kənd 2 №li tam orta məktəbi və modul tipli 56 yerlik Muradxanlı kənd ümumi orta məktəbi tikilib istifadəyə verilmişdir.
     Hazırda Muradxanlı kənd tam orta məktəbi üçün 264 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılmış və həmin məktəb binasında son tamamlanma işləri yekunlaşmaq üzrədir. Bu məktəbin su, istilik və elektrik enerjisi təminatı ilə bağlı bütün məsələlər həll  edilmişdir. Məktəbin mebellərinin və idman avadanlıqlarının bir hissəsi gətirilmiş və hazır olan otaqlara quraşdırılmışdır. İnşa olunan yeni məktəb binası 2 mərtəbədən ibarətdir və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaqdır. Binanın növbəti tədris ili başlayana qədər istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Keçidlər