İmişlidə rayonunda gücləndirilmiş monitorinqlər davam etdirilir.
İmişli rayonunda bu gün rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumların iştirakı ilə növbəti reyd keçirilmişdir. Reyd əsasən mərkəzi bazar ərazisini, supermarketləri, aptekləri və ictimai-iaşə obyektlərini əhatə etmişdir. Reyd zamanı sahibkarlara obyektlərə daxil olan vətəndaşların, həmçinin orada çalışan işçilərin sağlamlığı baxımından koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə bağlı obyektlərdə sanitar-gigiyenik qaydalara əməl olunması və sosial təcrid olunma ilə əlaqədar bir daha xəbərdarlıqlar edilmişdir. Bundan əlavə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl olunması, koronovirus infeksiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər ərazisindəki ictimai yerlərdə, o cümlədən çayxanalarda, bazarda, ticarət obyektlərinin qarşısında və küçələrdə vətəndaşlar arasında maarifləndirci söhbətlər aparılmış, tibbi maskalar paylanılmışdır.
Qeyd edək ki, İmişlidə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı mobil qruplar vasitəsilə gündəlik olaraq reydlər keçirilir.