14 avqust tarixində İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə FHN DYNX-nin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə videokonfrans baş tutmuşdur.
14 avqust tarixində İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə pambıq tədarükü və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyətində videokonfrans baş tutmuşdur. Videokonfrans Muğan regional DYNİ-nin birgə tədbirlər planı əsasında həyata keçirilmişdir. Qeyd olunan videokonfransda icra nümayəndələri, bələdiyyə sədrləri, MKT İK-nın İmişli rayon filialı, digər pambıq qəbulu və emalı ilə məşğul olan zavod və məntəqələrin rəhbərləri iştirak etmişdir.
Tədbirdə FHN DYNX-nin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Orxan Məmmədyarov yanğın təhlükəsizliyinin təmin edilməsinə dair çıxışında yanğınların baş verməməsi üçün əsas istiqamətləri konfrans iştrakçılarının nəzərinə çatdırmışdır. Əhalinin aidiyyəti qurumlar tərəfindən maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsini, pambıq sahələrində və onu qəbul edən məntəqələrdə yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsini, texnikaların texniki baxışdan keçirilməsini və yanğına qarşı alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanmışdır.
MKT İK-nın İmişli rayon Filialının direktoru Oktay Gülmalıyev qeyd etmişdir ki, MKT İK-nın İmişli Pambıq qəbulu zavodu və məntəqəsi mövsüm dövründə pambığın yığılıb daşınması üçün YTQ-na tam əməl olunaraq mövsümə tam hazır olduğunu bildirərək pambığın tədarükü və emalı zamanı bu tədbirləri daha da gücləndirəcəyini diqqətə çatdırmışdır.
İmişli rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Səfa Ağayev çıxışında görülmüş Yanğın Təhlükəsizliyi Tədbirləri nəticəsində ötən pambıq mövsümü ərəfəsində rayon ərazisində pambıq zavodu və məntəqələrində yanğınların baş vermədiklərini qeyd edərək bu mövsümdə də Yanğın Təhlükəsizlik Tədbirlərinə ciddi əməl olunması məqsədi ilə əməkdaşlara öz tapşırıq və tövsiyələrini vermişdir.