Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə koronovirus infeksiyasına qarşı reydlər davam etdirilir.

12 avqust 2020 | 16:00

İmişli rayon İcra Hakimiyyəti başçısının və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə növbəti dəfə şəhər ərazisindəki mərkəzi bazar ərazisində, supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilmiş məkanlarda gücləndirilmiş nəzarət profilaktik tədbirlər həyata keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan izahi söhbət zamanı koronovirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib. Diqqətə çatdırılıb ki, hər kəs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qaydalara ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır. Edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək cərimələniblər.

Qeyd edək ki, İmişli rayonu ərazisində nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş qaydalara əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcəkdir.

Keçidlər