Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonu ərazisində yeni suvarma kanalı qurulub.

22 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində dövlət proqramının uğurlu icrası nəticəsində ölkəmizin digər bölgələrində olduğu kimi İmişli rayonunda da sosial- iqtisadi inkişafa stimul verən, əhalinin rifah halının yüksəldilməsinə xidmət edən bir sıra infrastruktur və sosial yönlü layihələr yerinə yetirilir. İqtisadiyyatın əsasını  kənd təsərrüfatı təşkil edən İmişli rayonunda əkin yerlərinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması istiqamətdə ardıcıl tədbirlər görülür. Qısa müddətdə yeni nasos stansiya inşa edilmiş, əlavə suvarma kanalları çəkilmiş, mövcud kanallar və hidrotexniki qurğular təmir edilmişdir.  Belə ki,  əkin  yerlərini, o cümlədən həyətyanı sahələri dayanıqlı suvarma suyu ilə təmin  etmək və suvarma suyu ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə rayonun Ağaməmmədli kəndində uzunluğu 2.2 km olan suvarma kanalı inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Bu kanalın çəkilişi  Ağaməmmədli kəndi ilə yanaşı ətraf kəndlərin də suvarma sahəsində olan problemini aradan qaldırmışdır.  Bununla da  350-dən çox ailənin, 600 ha-dan artıq əkin yerində və həyətyanı sahələrində  suvarma suyu ilə bağlı yaranan çətinlik birdəfəlik öz həllini tapmışdır. 

İndiyə qədər suvarma sahəsində çətinliklərlə qarşılaşan kənd sakinləri öz növbəsində kənd ərazisində yeni suvarma kanalının çəkilişinə görə hədsiz sevindiklərini ifadə edərək, yaradılan şəraitə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlığlarını bildirmişlər.

Videosujet linkdə:  https://www.facebook.com/101519231585431/videos/765760790633114/

 

 

Keçidlər