İmişlidə 7 tondan çox barama tədarük olunub.
18 iyul 2020 | 16:00
İmişlidə barama tədarükü başa çatıb. Dövlətimiz tərəfindən baramaçılığın inkişafına göstərilən dəstəkdən bəhrələnən rayonun kümçüləri 7 tondan çox barama tədarük ediblər. Bu mövsüm rayonda 174 kümçü ilə müqavilə bağlanılıb, onlara 420 qutu (7 min 980 qram) ipəkqurdu toxumu paylanılıb. İşi müvəffəqiyyətlə başa çatdıran rayon kümçüləri tədarük məntəqəsinə 7 ton 728.4 kiloqram barama təhvil veriblər. Barama tədarükündə rayonun Bəhrəmtəpə qəsəbə, Oruclu, Göbəktala, Cəfərli, Telişli, Özcələr və Məzrəli kəndlərinin kümçüləri xüsusilə fəallıq göstəriblər.
Ətraflı linkdə: https://azertag.az/xeber/1539707