Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda xeyriyyə tədbirləri davam etdirilir.

12 iyul 2020 | 16:00

Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Koronavirus (COVID-19) pandemiyasının ahıl və aztəminatlı ailələrə vurduğu ziyanı nəzərə alan İmişli rayon İcra Hakimiyyəti ehtiyacı olan şəxslərə ərzaq yardımının növbəti paketini paylayıb. Tədbir zamanı aztəminatlı ailələrə ərzaq yardımları ilə yanaşı infeksiyadan qorunmaq üçün tibbi vasitələr də (spirt və tibbi maskalar) paylanılıb. Mobil qruplar və inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən götürülən ərzaq bağlamaları sahiblərinə elə yaşadıqları ünvanda təhvil verilib. Xeyriyyə tədbiri rayonun Bəhrəmtəpə qəsəbəsi, Bəcirəvan, Ağcüyür, Göbəktala, Şahverdili, Ölcələr, Yuxarı Qaralar, Soltanmuradlı, Qaralar, Cavadxanlı, Qaravəlili, Mirili, Rəsullu, Yalavac, Məhəmmədli, Xəlfəli, Hacalmuradlı və Kürdmahmudlu kəndlərini əhatə edib.

Qeyd edək ki, bu aksiya İmişli rayonunun bütün aztəminatlı ailələrini əhatə edəcəkdir.

 

Keçidlər