Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı reydləri davam etdirir.

11 iyul 2020 | 16:00

Növbəti reyd şəhərin Heydər Əliyev prospektində, N.Savalanov və Q.İsmayılzadə küçələri boyunca yerləşən mərkəzi bazar, ictimai-iaşə və ticarət obyeklərində baş tutub. Reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən qapalı məkanlarda, xüsusilə iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları və müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur. Bundan əlavə baxış zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilmişdir. 
     Qeyd edək ki, reydlər davamlı olaraq həyata keçirilir.

 

Keçidlər