Bəhrəmtəpə qəsəbəsində yeni nasos stansiyası istifadəyə verilib.
İmişli rayonu ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlər davam etdirilir. Belə ki, əkin yerlərini, o cümlədən həyətyanı sahələri dayanıqlı suvarma suyu ilə təhciz etmək məqsədi ilə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində yeni su nasos stansiyası inşa edilib. Yeni su nasos stansiyası mənbəyini Təzə Rəsularxdan götürür və müntəzəm olaraq Bəhrəmtəpə qəsəbəsini, Göbəktala və Şahverdili kəndlərinin əkin yerlərini və həyətyanı sahələrini suvarma suyu ilə təmin edir. Bununlada 300-dən çox ailənin, 500 ha –dan artıq əkin yerində və həyətyanı sahələrində suvarma suyu ilə bağlı yaranan çətinlik birdəfəlik öz həllini tapmışdır.
İndiyə qədər suvarma sahəsində çətinliklərlə qarşılaşan bu sakinlər öz növbəsində bundan sonra ilin bütün fəsillərində qəsəbə və kənd ərazisində suvarma suyunun olmasına görə hədsiz sevindiklərini ifadə edərək, yaradılan şəraitə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlığlarını bildirmişlər.