Şriftin ölçüsü :

Saytın rəngi :

“Aztelekom” 700 mininci abunəçini telekommunikasiya xidmətləri ilə təmin etdi.

07 iyul 2020 | 16:00

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrə diqqətinin nəticəsidir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən də telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi günbəgün genişlənməkdədir. Belə ki, “Aztelekom” tərəfindən  regionlarda müasir tələblərə uyğun yenidənqurma layihələri həyata keçirilir və bu layihələrin də əsəs məqsədi ilk növbədə keyfiyyətli və çeşidli xidmət göstərməklə müştəri  məmmuniyyətini qazanmaqdır. Bunun bariz nümunəsidir ki, 700 mininci abunəçi İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğlu olmuşdur. “Aztelekom” MMC  həmin abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim etmiş, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini bildirmişdir.  İmişli   rayon İcra Hakimiyyəti adından Həsənov Aydın Hüseynağa oğlunu və ailə üzvlərini təbrik edir, istifadəçisi olduğu yeni telefon və internet xidmətlərindən hər zaman xoş xəbərlər eşitməyini  arzu edirik.
    Yeni abunəçi  Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirərək yaradılan imkana görə öz adından və ailəsi adından ölkə rəhbərinə dərin  təşəkkürünü bildirmişdir.

Keçidlər