İmişli rayonunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar reyd keçirilib.
04.07.2020-ci il tarixdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış Qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, bazar ərazisini, ictimai-iaşə və ticarət obyektlərini əhatə edib. Əhali ilə söhbətlərində koronavirusun fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı vətəndaşları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözləməyə çağırıb. Reyd zamanı aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə ciddi xəbərdarlıqlar olunub. Həmçinin ətrafdan keçən sakinlərə maskalar paylanılıb.