Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda xeyriyyə tədbirləri davam etdirilir.

27 iyun 2020 | 16:00

Bu gün İmişli rayonunun Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Xubyarlı, Çaxırlı və Hacırüstəmli kəndlərində yaşı 65-dən yuxarı olan tənha qocalar və imkansız ailələrə rayon İcra Hakimiyyəti tərəfindən göstərilən diqqət onların sevincinə səbəb olmuşdur. Ümumilikdə 7 kənd üzrə 160 ailəyə ərzaq məhsullarından ibarət bağlamalar və infeksiyadan qorunmaq üçün tibbi vasitələr (spirt və tibbi maskalar) verilmişdir.
     Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, rayon İcra Hakimiyyətinə, xeyriyyə kampaniyasının bütün iştirakçılarına təşəkkürlərini bildiriblər.

Keçidlər