Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda yaşı 65-dən yuxarı olan tənha qocalara və imkansız ailələrə ərzaq yardımı, eyni zamanda infeksiyadan qorunmaq üçün tibbi vasitələr paylanılıb.

27 iyun 2020 | 16:00

İmişli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 26.06.2020-ci il tarixdə rayonun Aranlı və Qızılkənd kəndlərində yaşı 65-dən yuxarı olan tənha qocalara  və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət  bağlamalar verilib. Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan ahıl və imkansız sakinlər göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Bundan əlavə, həmin ailələrə infeksiyadan qorunmaq üçün tibbi vasitələr də (spirt və tibbi maskalar) paylanılıb.
     Bu xeyriyyə təşəbbüsü zamanı 2 kənd üzrə ümumilikdə 140 ailə sevinmişdir. Görülən bu işlər davamlı olacaqdır.

 

Keçidlər