Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gündür.

26 iyun 2020 | 16:00

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi – psixoloji hazırlıq  cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.  2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücum əməliyyatı  zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki,  Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir.
    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. 
    Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaqdır.
     Əziz hərbiçilərimiz, hər birinizə İmişli rayon İcra Hakimiyyətinin kollektivi adından möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və sizlərə hər zaman ardıcıl və davamlı qələbələr arzulayırıq.

Keçidlər