İmişlidə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.
15 iyun 2020 | 16:00
Yenidənqurma işləri çərçivəsində rayonun Xubyarlı kəndində 1132 metr yola asfalt örtük qoyulmuşdur. Avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan 1300-dən artıq vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırmışdır.
Sakinlər yol çətinliyinin aradan qaldırılması ilə bağlı dövlətimizin qayğısından söz açaraq öz təşəkkürlərini bildirmişlər.