“Milli Qutuluş Günü” Azərbaycan Dövlətçiliyinin xilas tarixidir.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. Məndə zamanın keşməkeşli, çətin, ağır dövrlərini görmüş bir insan kimi, bu gün doğurdanda yaşadığımız əminmanlığın və xoşbəxt ömrün bizə Ulu öndərimiz tərəfindən bəxş edildiyini dərk edirəm. Təbii ki, o zamanlar çox ağır günlər idi və həqiqətən də Azərbaycanda baş verə biləcək vətəndaş müharibəsinin qarşısını alan ümummilli liderimiz Heydər Əliyev 1993-cü il iyunun 9-da öz həyatını təhlükəyə ataraq xalqın təkidi və tələbi ilə Bakıya qayıdıb, Azərbaycanı vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edərək, tarixi missiyasını həyata keçirməyə başlamışdır.
İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15 də Azərbaycan Ali Sovetinin Sədri seçildi, Ulu öndər böyük risklərə baxmayaraq xalqın qurtuluş missiyasını böyük cəsarətlə öz üzərinə götürdü. Ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Həmçinin idarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün mühüm əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Ulu öndərin vaxtilə ilə dediyi fikirlərbu gün öz təsdiqini bir daha tapır: “İnanıram ki,mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”.
Bədirov Mütəllim Əbdülrahman