İmişli rayonunda sakinlərə pulsuz tibbi maskalar paylanılıb.
13 iyun 2020 | 16:00
Həmçinin profilaktik tədbirlər çərçivəsində sakinlərin sıx toplaşdığı ərazilərdə marifləndirmə işləri də davam etdirilib. Əhaliyə sosial məsafə saxlanılmasının vacibliyi bir daha izah edilib və tibbi maskalar paylanılıb.
Sakinlər onların təhlükəsizliyi baxımından görülən işlərdən razılıqlarını bildiriblər. Aparılan bu işlər İmişli rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.