Gənc Könüllülər pandemiya ilə mübarizədə fəal iştirak edirlər.
Bütün dünya artıq bir neçə aydır ki, Koronovirus ( Covid 19) pandemiyası ilə mübarizə aparır. Koronovirus insanı hədəfə aldığı üçün insanlıq bu bəşəri bəla ilə mübarizədə birləşmişdir. Koronovirus ilə mübrizədə böyük dövlətlərin belə bu xəstəliyin qarşısında aciz qaldığını gördük. Lakin, ölkə prezidenti cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Ölkə rəhbəri İlham Əliyevin koronavirus pandemiyası təhlükəsindən xalqımızı fədakarcasına qoruduğuna, hər zaman vətəndaşların yanında olduğuna biz gənclər olaraq çox sevinirik. Bu çətin dönəmdə ölkə rəhbərinin xalqa çağırışı, verdiyi qərarlar, sərhədlərin vaxtında bağlanması, dövlətin bütün güc strukturlarının bu işlərə cəlb olunması sayəsinde, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu qaydalara və verdiyi tövsiyələr əməl edərək ölkəmizdə bu virusun yayılma coğrafiyası genişlənmədi və əksinə olaraq bu gün dünya ölkələri məhz Koronovirus ( Covid 19) pandemiyasının qarşısının alınması itiqamətində Azərbaycanın praktikasından istifadə etməkdədir.
Cənab Prezidentimiz İlham Əliyevin təbrincə desək Könüllülük həqiqətən də bir könül işidir və mən də bir İmişli gənci olaraq gənc könüllü dostlarımla birlikdə, Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə fəal dəstək göstərmək məqsədi “Böyüklərimizi qoruyaq” devizi adı altında rayon ərazisində yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkərək, onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırmasında iştirak etmişik. Həmçinin vətəndaşlarımızı “Evdə qal” prinsipinə əməl etməyə, yaşlılara qarşı diqqətli, qayğıkeş olmağa, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatlarına əməl etməyə, səsləyərək bildirirəmi ki, biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik. Lakin, qarşıda bizi daha çətin ve uzun mərhələ gözləyə bilər. Ona göre de qaydalara riayət etmək, küçədə sosial məsafəni saxlamaq, tibbi maska taxmaq ve şəxsi gigiyenanı gözləməklə son dərəcə məsuliyyətli olmalı, özümüzü, ailəmizi, yaxınlarımızı ve xalqımızı gözəgörünməz düşməndən qorumalıyıq.
Gənc: Muradov Rüfət Ehtiram oğlu