İmişli rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə qruplar tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
İmişli rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə yaradılmış mobil qrupların üzvləri mütəmadi olaraq rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etməklə əhali arasında fərdi izahetmə-xəbərdarlıq və maarifləndirmə işlərini davam etdirirlər.
Evdən çıxma icazəsinin izahı.
Aprelin 5-dən etibarən evdən çıxmaq üçün 8103-ə SMS göndərərək icazə almaq lazımdır.
SMS pulsuzdur.
QAYDA 1
Həkimə müraciət üçün telefonun mesaj yerinə 1 yazırsız, ardınca AZE 11111111 şəxsiyyət vəsiqənizin seriyasını 8103-ə göndərirsiz.
Bu icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir.
Müalicə müddəti uzanarsa, həkim arayış verməlidir.
QAYDA 2
Ərzaq və gündəlik tələbat malları, dərman almaq, həmçinin
bank və poçt xidməti üçün telefonun mesaj yerinə 2 yazırsınız, sonra AZE 11111111 şəxsiyyət vəsiqənizin seriyasını 8103-ə göndərirsiz.
Bu icazə 2 saat müddətinə gündə 1 dəfə verilir.
QAYDA 3
Qohumun dəfnində iştirak üçün telefonun mesaj yerinə 3 yazırsınız, sonra AZE 11111111 şəxsiyyət vəsiqənizin seriyasını 8103-ə göndərirsiz.
-Cavab mesajı gəlməyincə evi tərk etmək olmaz.
-İcazə olmadan evdən çıxanlar cərimə ediləcək.
-SMS yarım saat, 1 saat əvvəldən yazılmalıdır.
-SMS-ə cavab maksimum 1 saata qədər gələcək.
-Cavab SMS-i gəlmədikdə 9108 Çağrı Mərkəzinə zəng vurun.
-Evdən çıxanda şəxsiyyət vəsiqəniz üzərinizdə olsun.
-İcazədən aidiyyatı üzrə istifadə edilməlidir. Tibbi məqsədlə icazə alınıbsa, bank xidmətindən istifadə etmək karantin rejiminin pozulması deməkdir.
-Yaşı 65-dən yuxarı olanlar SMS yazmasın, onların evdən çıxması qadağandır.
-Həyati zəruri fəaliyyətlə məşğul şəxslər icazə almır. (Həkim, polis, vəkil, jurnalist, fermer, çörəkçi və s. )
-Bu şəxslər xidməti vəsiqəsini və ya işdən arayışı polisə təqdim etməlidir.
-Fəaliyyətinə icazə verilən vətəndaşlar şəxsi avtomobilindən istifadə edə bilərlər.
-Avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır.
-İcazəsi olmayan şəxslər avtomobildə olarsa, həmin şəxslər karantin rejimini pozmasına görə cərimələnəcək.
-Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi işəgötürən tərəfindən icaze.gov.az saytından alınmalıdır.
-Qaydalar aprelin 20-dək qüvvədədir.