Koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə İmişli rayonunda bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir.
06 aprel 2020 | 16:00
Koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə İmişli rayonunda bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq İmişli rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.