Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir.

28 mart 2020 | 16:00

İmişli rayonu ərazisində koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbir olaraq başlanılmış dezinfeksiya işləri gündəlik olaraq davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
    Eyni zamanda, rayon əhalisi Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır, rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən 60 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülür, ciddi ehtiyac yarandıqda evdən çıxmaları barədə maarifləndirmə işləri aparılır.

 

Keçidlər