Şriftin ölçüsü :

Saytın rəngi :

2026-cı ilin ilk səyyar görüşü Şahverdili kəndində keçirilib

23 yanvar 2026 | 19:28
  Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin 2026-cı ildə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü yanvarın 23-də Göbəktala kənd inzibati ərazi dairəsinə daxil olan Göbəktala və Şahverdili kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
   Giriş nitqi ilə çıxış edən icra başçısı İmişli rayonunda sakinləri narahat edən problemlərin öyrənilməsi və həllinə nail olmaq məqsədilə mütəmadi olaraq səyyar görüşlər keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib, irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Keçidlər