Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar küçəsinin səkilərində aparılan yenidənqurma işləri yekunlaşdırılıb

15 fevral 2023 | 09:10

      Son dövrdə İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün yaxşılaşmasına səbəb olmaqla yanaşı rayonumuza gələn qonaqların rahatlığını təmin edib. Yenidənqurma işləri çərçivəsində şəhərin 20 Yanvar küçəsindəki piyada səkilərində aparılan genişmiqyaslı təmir-bərpa işləri başa çatdırılıb. Belə ki, rayonun mərkəzi küçəsində piyadaların sərbəst hərəkəti üçün səkilərə yeni səki daşları və müasir döşəmə plitələri qoyulub. Eyni zamanda sözügedən küçənin yolayrıcı zolağındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilib, səkilərin kənarında yeni yaşıllıqlar salınıb.   

        İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. 

Keçidlər