Şriftin ölçüsü :

Saytın rəngi :

04.09.2026-cı il tarixdə icra başçısı şəhid anasının yas mərasimində iştirak edib

04 sentyabr 2026 | 16:09

      Sentyabrın 4-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi şəhidi Quliyev Rəşad Əli oğlunun anası Nəsibə Quliyevanın yas mərasimində iştirak edib. İmişli şəhərində keçirilən mərasimdə rayon rəhbəri ilə yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ruslan İsmayılov, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.

         Allah rəhmət eləsin!

Keçidlər