İctimai Şura
ELAN
İmişli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərlə əlaqədar
E L A N
"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli, 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 07 iyun 2024-cü il tarixindən başlanılacaq və namizədlərin irəli sürülməsi, o cümlədən qeydə alınması prosesi 25 iş günü müddətində, yəni 16 iyul 2024-cü il tarixində saat 17:30-da yekunlaşacaq. İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib və hər bir vətəndaş cəmiyyəti institutu Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.11-ci bəndinə əsasən, vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:
o Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
o Namizədin tərcümeyi-halı;
o Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
o Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. Namizədlər qeyd olunan sənədləri 2024-cü il 07 iyun – 16 iyul tarixləri arasında, iş günləri saat 09:00-dan 18:00-dək Seçki Komissiyasına (İmişli Rayon İcra Hakimiyyətinin inzibati binası) şəxsən təqdim edə və ya mail@imishli-ih.gov.az elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər. İctimai Şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Əlavə məlumat üçün Seçki Komissiyası ilə +994 21-246-22-66 nömrəli telefonla əlaqə saxlanıla bilər.