İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiyin “Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində İmişli rayonuna səfəri baş tutub
22 dekabr 2022 | 09:43
Səfər çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nümayəndə heyəti və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ikitərəfli müzakirələrdə regionun informasiya texnologiyaları üzrə potensial imkanlarından danışıb. Görüşdə region məktəblərində tədris alan şagirdlərin İKT sahəsi üzrə maarifləndirmə prosesinin aparılması, onların bu sahədə gələcək karyera planlarına dəstək olunması və istiqamətləndirilməsi üzrə potensial atıla biləcək addımlar müzakirə olunub.
Sonra “Technest” Təqaüd Proqramı çərçivəsində keçirilən səfər zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə görüş baş tutub. Təqdimatlarda iştirakçılara “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri Gülnar Mirhüseynova, Orxan Nəbiyev, eyni zamanda “Code Academy” tədris mərkəzinin biznes idarəedilməsi şöbəsinin rəhbəri Tuğrul Kapucuoğlu yer alıb. Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə “Code Academy” tərəfindən yerindəcə imtahan keçirilib.