Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Araz çayının sahilində növbəti təmizlik aksiyası keçirilib

18 sentyabr 2023 | 10:51
    Sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunun Rəsullu kəndi ərazisində növbəti təmizlik aksiyası keçirilib. Aksiya İmişli rayonunun ərazisindən keçən Araz çayının sahilində baş tutub. “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllülərinin, Yalavac bələdiyyəsinin və İmişli MKTİB-nin işçilərinin iştirakı ilə keçirilən aksiya zamanı müxtəlif növ tullantılar yığılaraq ərazilərdən daşınıb. Xatırladaq ki, tədbirin keçirilməsində məqsəd – ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.
    Hər kəsi vətəndaş olaraq öz məsuliyyətini dərk etməyə, təbiətimizə qayğıyla yanaşmağa və onu təmiz saxlamağa dəvət edirik.
Keçidlər