Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Son illər rayonda idmanın inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Belə ki, “MKT” MMC tərəfindən 8500 yerlik H.Əliyev adına İmişli şəhər stadionu tikilib istifadəyə verilmiş, hazırda stadionda 1 təbii qazon örtüklü (105m x 68m) və 1 süni qazon örtüklü meydança (101m x 66m) futbolçularımızın istifadəsindədir. Bundan əlavə şəhər stadionunun ərazisində AFFA-nın proqramına əsasən gənc futbolçuların hazırlanması məqsədi ilə 1 süni qazon örtüklü meydança (40m x 20m) və 2 təbii ot örtüklü meydança (105m x 68m) istifadəyə verilmişdir. Bununla yanaşı rayonumuzda idman növlərinin inkişafı məqsədi ilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə ərazisi 5 hektardan ibarət olan 5 korpuslu idman kompleksi tikilib 2011-ci ilin may ayında rayon əhalisinin istifadəsinə verilmişdir. Bu gün rayonda 18 örtülü idman zalı, 36 kompleks idman qurğuları, şahmat məktəbi fəaliyyət göstərir. Bütövlükdə idman qurğularının sayı 150-ə çatır.

Keçidlər