Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Hazırda İmişli rayon Mədəniyyət və Turizm şöbəsi xətti ilə rayonda 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, Dövlət rəsm qalareyası, Uşaq musiqi məktəbi, Uşaq incəsənət məktəbi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı rayon əhalisinə mədəni xidmət göstərir. Rayon mədəniyyət sarayı müasir üslubda əsaslı təmir edilərək rayon əhalisinin istifadəsinə verilmişdir.

Rayonda yerləşən televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri

Rayonda ayda 2 dəfə nəşr edilən yerli mətbuat orqanı olan “Xalq sözü” qəzeti fəaliyyət göstərir. Qəzetdə rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə, analitik təhlillərə, sahibkarların qabaqcıl təcrübələrinin təbliğinə geniş yer verilir. Qəzetin abunə yazılışı və maliyyələşdirilməsi daim Rayon İcra Hakimiyyətinin müvafiq şöbələrinin nəzarətində saxlanılır. RİH-nin yaxından köməkliyi ilə “Xalq sözü” qəzetinin redaksiya binası əsaslı təmir edilərək müasir kompyuter dəsti ilə və digər avadanlıqlarla təchiz edilmişdir. Rayonun yerli televiziya kanalının olmamasına baxmayaraq, ərazidə yerləşən ötürücü peyk qülləsi vasitəsilə Azərbaycan telekanalları normal yayımlanır. Rayonda yerli televiziya və radio kanalları yoxdur. Kütləvi informasiya vasitələrinin yayımı “Azərmətbuatyayım” ASC-nin İmişli rayon şöbəsi vasitəsilə həyata keçirilir. V.Xudiyev adına rayon Mədəniyyət sarayında regional informasiya mərkəzi açılmışdır ki, burada informasiya əldə etmək istəyənlər elektron poçt vasitəsilə dünyanın qlobal informasiya məlumatlarından istifadə edə bilərlər.
 

Keçidlər