Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür

10 may 2022 | 16:00

Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının təşkilatçılığı, “ORİON-E” MMC-nin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Yüksəkliyin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib. İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, gücünü doğma torpaqdan alan dağ vüqarlı qəhrəmanlarımız, hökmdarlarımız tariximizdə az olmayıbdır, lakin Heydər Əliyev ucalığında, onun milyonların qəlbində və zehnində əbədiləşən şəxsiyyətində bir fərqlilik var. Çünki o, xalqın içərisindən çıxan, bütün ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, ümumxalq sevgisi və məhəbbəti ilə ucalan zirvə-şəxsiyyətdir. Dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan zamanın çətin sınaqlarından şərəflə keçmişdir. Xalqımız tərəfindən Ulu öndər dahi şəxsiyyət və müdrik dövlət başçısı kimi, həm də xalqını, onun tarix və ədəbiyyatını içdən sevən vətənpərvər siyasətçi kimi hüsn-rəğbətlə dəyərləndirilir. Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan böyük xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır.

Tədbirin sonunda “Yüksəkliyin Heydər Əliyev zirvəsi” aksiyası çərçivəsində şəhid ailələrinə sovqatlar paylanılıb.

Keçidlər