Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

29 aprel 2022 | 16:00

Aprelin 28-də İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə İmişli rayonunda islam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi açılıb. Mərasimdə şəhid ailələri ilə yanaşı RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər. İftar süfrəsi rayonun axundu tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən RİH başıçısı Elçin Rzayev iftar süfrəsində iştirak edənləri salamlayaraq Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. O, Azərbaycanda və eləcə də İmişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini qeyd edib. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. İcra başçısı həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğu bildirib və dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki: “bu gün bu məclisə toplaşan cəsur, qəhrəman şəhidlərimizin valideynləri və doğmalarıdır. Mən onların hər birinin qarşısında baş əyərək onlara Uca Allahdan səbr diləyir, başınız və başımız sağ olsun, Vətən sağ olsun deyirəm. Onlar şəhidlik məqamına ucalaraq bizləri də, şərəf, ləyaqət, qəhrəmanlıq və qalibiyyət məqamına ucaltdılar”. Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.

Keçidlər