Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin doğum günü qeyd olunub

09 yanvar 2022 | 16:00

İmişli rayonundan torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseynli Şamil Novruz oğlunun 29-cu doğum günü məzarı yanında qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və şəhidin yaxınları iştirak ediblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Çıxış zamanı Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açılmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğu bildirilmişdir.

Qeyd edək ki, şəhidimiz 1993-cü il yanvar ayının 8-də İmişli rayonunun Cəfərli kəndində dünyaya göz açıb. Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr 3-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Şamil Hüseynli ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər