Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində daha bir küçənin avtomobil yolu yenidən qurulub

07 sentyabr 2021 | 16:00

İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işlər davam etdirilir. 28 May, E.Hüseynov, S.Vurğun küçələrinin əsaslı təmirindən sonra Vətən müharibəsi şəhidi Cəfər Osman Elsəvər oğlunun ailəsinin yaşadığı məhəllədə, məktəb və uşaq bağçasına yaxın, eyni zamanda əhalinin kompakt yaşayış massivində gediş-gəlişin çox olduğu nəzərə alınaraq şəhərin M.Müşfiq küçəsinin bir hissəsində əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir. Ümumilikdə 750 kv.metr sahəyə asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilmişdir.

Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır. 

(M.Müşfiq küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

Keçidlər