Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Mirzə Ələkbər Sabir adına istirahət parkında əsaslı təmir-bərpa işlərinə başlanılmışdır

26 iyul 2021 | 16:00

Son vaxtlar İmişli rayonu ərazisindəki park və xiyabanlarda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış və bu işlər hal-hazırda da davam etdirilməkdədir. Belə ki, İmişli şəhərinin H.Əliyev prospektində yerləşən Mirzə Ələkbər Sabir adına istirahət parkında əsaslı təmir-bərpa işlərinə başlanılmışdır. Hazırda parkın ərazisində layihə üzrə müasir üslubda səki daşları, döşəmə plitələri düzülərək gediş-gəliş hissələri ayrılır və M.Ə.Sabir büstündə, eləcə də onun ətraf hissəsində müasir üzlük daşlarından ibarət bərpa-restovrasiya işləri aparılır. Əraziyə münbit torpaq daşınaraq qazon örtüyünün qoyulması üçün hazırlıq işlərinə başlanılmış, həmin sahədə dekorativ bitki kollarının əkilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müasir işıqlandırma sisteminin qurulması, yaşıllıqların suvarılması üçün su xətlərinin çəkilməsi, oturacaqların quraşdırılması, avtomobillərin hərəkət hissəsinə asfalt örtük qoyulması, yağış sularının ərazidən uzaqlaşdırılması üçün sistemin və su buxarlandırıcı hovuzun tikintisi layihədə öz əksini tapmışdır.     

Hazırda layihə üzrə əsaslı təmir-bərpa işləri davam etdirilir.

Keçidlər